2025-ci ilin yanvar-mart aylarında Salyan rayonunun sosial iqtisadi göstəriciləri

İqtisadiyyat

2025-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 22096,0 min manat və ya 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 47,1 faiz çox investisiya yönəldilmişdir. 

Ümumi sərmayənin 70,7 faizi dövlət, 29,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 21085,5 min manatı və ya 95,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 

Nəqliyyat

2025-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1641,5 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz az xidmət göstərilmişdir. Nəqliyyat sektorunda məhsul buraxılışının 76,9 faizini sərnişin daşınması, 23,1 faizi isə yük daşınması təşkil etmişdir.

İnformasiya və rabitə

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2025- ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,6 faiz artaraq 322,7 min manat təşkil etmişdir. 

İstehlak bazarı

2025-ci ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilimiş xidmətlərin dəyəri 137496,1 min manat olmaqla 2024-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz artmış, ümumi dəyərin 80,2 faizini pərakəndə ticarət dövriyyəsi,18,1 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlər, 1,7 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edir.

Əmtəə bazarı

 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 110224,5 min manatlıq, o cümlədən 63135,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 47088,8 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə isə 17,1 faiz artmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,6 faiz azalmışdır.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,8 faiz artaraq 24953,3 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5425,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 21,7 faizini təşkil etmişdir. 

Məişət xidmətlərinin göstərilməsi

Əhaliyə göstərilən ödənişli xidmətlərin 10,6 faizini (2642,4 min manat) məişət xidmətləri təşkil etmişdir. Məişət xidmətlərinin 1,5 min manatı (0,1 faizi) hüquqi şəxslərin, 2640,9 min manatı (99,9 faizi) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşür. 

İctimai iaşə xidmətləri

 2025-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 2318,3 min manat olmuşdur.Özəl sektorda ictimai iaşə dövriyyəsinin 4,6 faizi hüquqi şəxslərin, 95,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. 

Sənaye

 2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 43646,5 min manatlıq və ya 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi qeyri-dövlət sektorunda 33239,2 min manat, dövlət sektorunda isə 10407,3 min manat olmuşdur.

Bitkiçilik

Rayonda yaz-tarla işləri aparılır və 2025-ci ilin yanvar-mart aylarında 3383,9 hektar sahədə və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 33,0 hektar dən üçün qarğıdalı, 468,0 hektar sahədə kartof, 473,9 hektar sahədə tərəvəz, 247,0 hektar sahədə bostan bitkiləri, 2162,0 hektar sahədə çoxillik otlar əkilmişdir.  

Heyvandarlıq

2025-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 3373 ton ət, 11452 ton süd, 7398 min ədəd yumurta istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,2 faiz, yumurta istehsalı 0,2 faiz artmışdır. 

Bu barədə Demir-Yumruq.az saytına Salyan rayon Statistika idarəsinin rəisi Elnur Hüseynov məlumat verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir