Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir

Siyasət

Enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübə var. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard dollara bərabər olub. Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir. O da vurğulandı ki, süni intellektlə bağlı nə baş verəcəyini söyləmək çətindir. Çünki müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var.

Bu proses hələ yeni başlayıb. İndi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı”.Millət vəkili Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq xarici siyasətimizin əsas hədəflərindən də bəhs edib: “Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib. Səbəb işğal zamanı xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra beynəlxalq arenada daha fəalıq və müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilib. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq”.Malik Həsənov bildirib ki, Forum Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı: “Prezident İlham Əliyev Azərbaycanın dayanıqlı inkişafını təmin edən amilləri əsaslı şəkildə diqqətə çatdırdı. Həmçinin sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara da xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması məsələləri həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bu da region üçün çox böyük yenilik, dəyişiklik olacaq. Cənubi Qafqaz sabitlik məkanı olacaq”.Millət vəkili qeyd edib ki, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn Şuşa Qlobal Media Forumu gələcəklə bağlı çağırışlarla zəngin oldu. Azərbaycan yenə də hər sahədə uğurlu inkişafını, təcrübəsini, yeni hədəflərini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı qazandı. Keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın ev sahibliyini yüksək səviyyədə həyata keçirmək təcrübəsini nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir