Qazax rayonunda ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Avtomobil qəzası zamanı Çaylı kənd sakinləri, 2001-ci il təvəllüdlü H.Rzayev və 2002-ci il təvəllüdlü S.Əliyev müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Qeyd edək ki, Çaylı kənd yolunda “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxıb, öncə yol kənarındakı ağaca çırpılıb, daha sonra isə aşıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az