Rusiya – Ukrayna müharibəsinin başlamasından artıq bir ay ötür. Döyüş meydanında baş verənlərə qiymət vermək üçün bu müddət geninə-boluna kifayət edir. İstər hərbi, istərsə də siyasi müstəvidə.
Hərbi jurnalist Fərdin İsazadə budəfəki verilişdə münaqişənin hərbi və operativ taktiki tərəfindən danışıb.
O bildirib ki, düz iki həftədir Rusiya ordusu operativ səviyyədə Ukraynada ciddi uğur əldə edə bilmir.
“İki yüz minlik şəxsi heyətlə hücuma keçən ordu üçün bu, çox pis nəticədir”, – deyə o qeyd edib.
Daha ətraflı sözügedən süjetdə:
www.102info.az