“Mənim üçün bunu demək çox çətindir, ancaq istənilən münaqişə gec ya tez həllini tapmalıdır. Ukraynada hazırda ölkənin özünün mövcudluğu uğrunda mübarizə gedir”.
Bu sözləri Oxu.Az-a Krım Muxtar Respublikasının və Sevastopolun keçmiş prokuroru, Ukrayna baş prokurorunun keçmiş müavini Gündüz Məmmədov deyib.
“Ölkəmizin silahlı qüvvələri dünyanın ikinci ordusu – Rusiya ordusuna qarşı vuruşur və bunu uğurla edir. Hərçənd Ukrayna ordusu hələ 2014-cü il təcavüzündən tam özünə gələ bilməyib.
Ukrayna sülhsevər ölkədir, hər şeyi məhkəmədə həll etməyə üstünlük verərək heç vaxt heç bir münaqişəyə daxil olmayıb. İndi bütün xalqın birləşməsi prosesi baş verir. Ordu, ərazi müdafiə qüvvələri, könüllülər zərbəni saxlayır, təcavüzə müqavimət göstərirlər”, – deyə o bildirib.
Nair Əliyev
www.102info.az
