Ukraynadan Azərbaycana futbolçu gəldi – FOTO

İdman

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 21 yaşlı oyunçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) formasını geyinib. O, “Mariupol”da icarə əsasında çıxış edib.

Qeyd edək ki, Aleksey Kaşuk həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir