Neftçala Rayon Statistika İdarəsi tərəfindən “Ümumdünya Statistika Günü” ilə əlaqədar tədbir keçirilib

Baş səhifə

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala rayonunda ucaldılmış əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini, idarə və müəssisə rəhbərləri və ərazi üzrə İcra nümayəndələri iştirak ediblər. Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov tədbirdə çıxış edərək Ümumdünya Statistika Günü münasibətilə əməkdaşları təbrik edib, bu əlamətdar günün qeyd olunmasında əsas məqsədin etibarlı məlumatların, şəffaflığın və analitik düşüncənin dövlət idarəçiliyində, iqtisadi və sosial inkişafda oynadığı həlledici rol oynadığını vurğulayıb.

İdarə rəisi bildirib ki, Statistika dövlətin siyasətinə istiqamət verir, ictimaiyyətin məlumatlı olmasına şərait yaradır, həmçinin elmi tədqiqatlar və beynəlxalq müqayisələr üçün əsaslı baza formalaşmaşdırır. Dəqiq və şəffaf statistika həm dövlət orqanlarının fəaliyyətində ə, həm də vətəndaş cəmiyyətinin inkişafında etibarlı dayaqdır. Bu baxımdan Ümumdünya Statistika Günü yalnız statistik peşə sahiblərinin deyil, həm də bütün cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan gündür. Daha sonra tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Burcalı Ağayev çıxış edərək icra başçısı Mirhəsən Seyidovun “Ümumdünya Statistika Günü” münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin statistik məlumatların toplanması, emalı və ictimaiyyətə təqdim edilməsinin elektron hökümət prinsipləri əsasında həyata keçirildiyini vurğulayıb. Tədbirin sonunda statistika sahəsində 40 ildən artıq fəaliyyət göstərən veteran işçi Fikrət Əliyev statistikanın inkişafı haqqında öz təcrübələrini bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir