Gəncədə ağır yol qəzası: İki yaralı var, onlardan biri 14 yaşlı yeniyetmədir

Cəmiyyət

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişini müxtəlif xəsarətlər alıblar. Yaralılar 14 yaşlı A.Tağıyev və 35 yaşlı E.Tağıyevdir. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir