Nigeriya millisinin azarkeşləri Qana yığması ilə görüşdən sonra iğtişaş törədiblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Lakin bu nəticə nigeriyalılara Qətərdəki dünya çempionatında iştirak etməyə imkan verməyib.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.
İndiyədək Qana ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya, Uruqvay, Ekvador və Kanada final mərhələsinə vəsiqə əldə ediblər.
Mənbə: Toporlive
www.102info.az
