Azərbaycanda qeyri-adi xəbərdarlıq nişanları peyda olub – FOTO

Cəmiyyət

Abşeron rayonu Xırdalan şəhərində sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən məlumat daxil olub. Söhbət Xırdalan şəhərindəki Hacı Zeynalabdin Tağıyev küçəsindən gedir.

Sakinlər deyirlər ki, 119 nömrəli müntəzəm marşrut xəttinin hərəkət etdiyi yol yeni asfaltlansa da, artıq bərbad vəziyyətdədir:

“Asfalt örtüyü artıq dağılıb, üstəlik yolun ortasına təkərlər düzülüb. Aidiyyəti qurumlar isə məsələ ilə maraqlanmaq istəmir”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir