AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.
Bu gün Ana Vətən Partiyasının keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.
AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.
Fəzail Ağamalı APA-ya açıqlamasında deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
Günay Ağamalının köməkçisi isə APA-ya açıqlamasında Fəzail Ağamalının postunda qaldığını, Günay Ağamalının daha sonra qurultayda baş verənlərə münasibət bildirəcəyini söyləyib.
