Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkilləri, tanınmış tarixçilər, qazilər və şəhid ailələri üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlar tarixini dəyişən şanlı Zəfərimiz” adlı dəyirmi masa keçirilib.
“102info.az” xəbər verir ki, tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq bildirib ki, tariximizin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Öz havadarlarından daim dəstək alan erməni millətçiləri ötən əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirib, azərbaycanlılar vəhşicəsinə qətlə yetirilib, onlar öz tarixi dədə-baba yurdlarından qovulub, yüzlərlə yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Coşqun Cəbrayılov vurğulayıb ki, son iki əsrdə erməni daşnakları tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalan xalqımızın milli vətənpərvərlik ruhu heç zaman sarsılmayıb, əksinə ümumi düşmənə qarşı milli birlik və intiqam hissləri daha da artıb.
Tədbirdə azərbaycanlıların soyqırımı ilə bağlı tarixi araşdırmalar və digər çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.









www.102info.az
