Bakı metropoliteni minlərlə insanın gündəlik həyatının ayrılmaz hissəsidir. 1967-ci ilin 6 noyabrında ilk qatar hərəkətə başladığı andan bu günə qədər metro şəhərimizin nizamlı ritmini, təhlükəsiz və rahat gediş-gəlişi təmin edir. Keçən müddət ərzində şəxsən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakı Metropoliteninin inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüş, yeni stansiyalar istifadəyə verilmiş və maddi-texniki baza əsaslı şəkildə yenilənmişdir. Hər il müntəzəm olaraq ən son standartlara cavab verən qatarlar istifadəyə verilir və daşınmalarda mümkün qədər səmərəlilik təmin edilir.
Dəyərli Metropoliten İşçiləri!
Sizin fədakar əməyiniz nəticəsində paytaxt sakinləri və qonaqlar hər gün təhlükəsiz, sürətli və komfortlu nəqliyyatdan istifadə edirlər.Bakı Metropoliteni kollektivini və bütün metro işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir,uğur, sağlamlıq və məsuliyyətli xidmətinizdə daim yüksəkliklər diləyirəm.
Günay Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.06 Noyabr 2025-ci il.
