Maşında sıxılı qalan sürücünün xilasedilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Cəmiyyət

Ağstafa rayonunun minik avtomobili dərəyə aşıb. 

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində VAZ markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir