Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, o, 68 kq çəki dərəcəsində həlledici görüşə vəsiqə qazanıb.
İrina Zaretska yarımfinalda ekvatorial qvineyalı rəqibi Anne Coralie Keitanı 6:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin
