Azərbaycan Çin şirkəti ilə 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Çinin “China Datang Corporation Ltd.” şirkəti
arasında 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə İcra
Müqaviləsi imzalanıb.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Bildirilir ki, Çinin “China Datang Corporation Ltd.” şirkətinin
Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə
heyəti arasında görüş keçirilib.


<!—->
<!––>

Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin
arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş
münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu
xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu
vurğulanıb.

“China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda
100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji
saxlanc sistemi və “Yaşıl Enerji Dəhlizi” layihələrini, həmçinin
Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və
təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq
münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz
külək enerjisi və “Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata
keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən
keçirilib. Aparılmış tədqiqatlar, külək turbinlərinin daşınması və
quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı
kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi
istiqamətlər üzrə fikir mübadiləsi edilib.

Həmçinin günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və
perspektivlər dəyərləndirilib. Azərbaycan Respublikasının
Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və
“SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt
gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi,
işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi”
imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər
Komitənin yaradılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir