
Bakı. Trend:
Hazırda ölkədə bir təsərrüfata düşən orta sahə 1,7 hektardır. Bu
qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün
deyil.
Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli
Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.
<!—->
<!––>
“Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki,
fermer illik ailəsi üçün minimum gəlir əldə edə bilsin. Bölgələrdə
bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min
manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9 hektar
sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bu 33 hektardır,
meyvəçilikdə bu rəqəm 3-5 hektardır”, – deyə nazir bildirib.
