Ukraynanın energetika naziri istefa ərizəsi ilə Ali Radaya müraciət edib

Baş səhifə
Ukraynanın energetika naziri istefa ərizəsi ilə Ali Radaya müraciət edib

Ukraynanın energetika naziri Svetlana Qrinçuk istefa ərizəsi ilə Ali Radaya müraciət edib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, nazir bunu ölkədə enerji sektorunda son günlər səs salmış qlobal korrupsiya qalmaqalı fonunda edib.

Ali Rada sabah nazirin istefa müraciətinə baxacaq.

Xatırladaq ki, artıq bir həftədir Ukraynada energetika sahəsində müstəqillik tarixində miqyasının genişliyini görə ilk korrupsiya qalmaqalı hökm sürür. Ölkənin hüquq-mühafizə orqanları “Ukratomenerqo” və Energetika Nazirliyinin bir sıra yüksək rütbəli şəxslərini həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir