Azərbaycanda iş icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb

Baş səhifə
Azərbaycanda iş icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb

Bu ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6607 nəfər olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, onlardan 36,9 faizi tikinti, 9,1 faizi mədənçıxarma sənayesi, 8,6 faizi emal sənayesi, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi təhsil, 27,4 faizi isə digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir