Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil etdi

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonu Neftçi Qurban adına 288 nömrəli tam
orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir
keçirilib.

Tədbir məktəbin ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın
təşəbbüsü, 2 Ç sinif şagirdlərininm iştirakı ilə keçirilib.

Tədbirdə məktəbin şagir və müəllim kollektivi ilə yanaşı, şəhid
məzunlarının anaları – Musaoğlu Ataməlinin anası Musayeva Leyla,
Əhmədxanov Ceyhunun anası Seyidova Rəqibə, Məmmədov Pərvizin anası
Məmmədova Güllər, İsmayılzadə Səməndərin anası – İsmayılova Fəridə,
Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Abbas Hüseynov
iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantıda Ulu
Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.


<!—->
<!––>

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova
müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarının
formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan
söz açıb, 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamızın Dahi
Rəhbərin dövlət idarəçiliyindəki uzaqgörənliyinin, xalqına və
dövlətinə olan sarsılmaz sədaqətinin təzahürü olduğunu vurğulayıb.
Qeyd edib ki, bu Ali Sənəd Azərbaycanın müstəqil inkişaf yolunu
müəyyən edən, insanların hüquq və azadlıqlarının təminatını
prioritet kimi göstərən tarixi sənəddir.

Direktor A. Hüseynova bildirib ki, bu gün Ulu Öndərin müəyyən
etdiyi dövlətçilik prinsipləri cənab Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir,
ölkəmizin müstəqilliyi və suverenliyi daha da möhkəmləndirilir.

Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul
nümayəndəsi Abbas Hüseynov 2025-ci ilin ölkəmizdə “Konstitusiya və
Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışıb, Ulu
Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən,
hüquqi və demokratik dövlət quruculuğu istiqamətində atdığı tarixi
addımlardan danışıb.

Daha sonra 2 Ç sinif şagirdlərinin ifasında milli rəqslər,
vətənpərvər ruhda şeir və mahnılar səsləndirilmiş, səhnəciklər
nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir