Cammu və Kəşmirin paytaxtında baş verən partlayışda 7 nəfər ölüb

Baş səhifə
Cammu və Kəşmirin paytaxtında baş verən partlayışda 7 nəfər ölüb

Cammu və Kəşmirin paytaxtı Şrinaqar şəhərində yerləşən polis idarəsində baş verən partlayışda azı 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, partlayış kriminalistlər qrupunun stansiyada saxlanılan partlayıcıları yoxlayarkən baş verib. Yaralılardan beşinin vəziyyəti ağır olduğu üçün ölənlərin sayı arta bilər.

Ölənlərin əksəriyyəti polis əməkdaşları və məhkəmə-tibb ekspertlər olub.

Partlayış zamanı polis zabitlərindən başqa, Şrinaqar administrasiyasının iki məmuru həlak olub. Hazırda ərazi mühasirəyə alınıb və yüksək rütbəli polis əməkdaşları hadisə yerinə gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir