Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət həcmlərinin artırılması üçün istifadə olunmamış böyük potensiala malikdir.
“Report”un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistanın Perspektiv Beynəlxalq Tədqiqatlar İnstitutunun eksperti Nərgiz Umarova jurnalistlərə açıqlamasında deyib.
“Şübhəsiz ki, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlərdə sürətli dinamika müşahidə olunur. Bu, təkcə nəqliyyat sahəsində deyil, həm də energetika və iqtisadi əməkdaşlıq sahəsində də özünü göstərir. Qeyd etmək istəyirəm ki, son 8 ildə biz qarşılıqlı ticarət dövriyyəmizi demək olar ki, səkkiz dəfə artırmışıq. Amma bu, hələ də nisbətən aşağıdır. Bizim istifadə olunmamış potensialımız və inkişaf etmək üçün imkanlarımız var”, – o qeyd edib.
Xəbər yenilənir…
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin
