Aerobika gimnastikası üzrə Avropa birinciliyi davam edir, azərbaycanlı gimnastlar finala vəsiqə qazanıb

Baş səhifə
Aerobika gimnastikası üzrə Avropa birinciliyi davam edir, azərbaycanlı gimnastlar finala vəsiqə qazanıb

Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.

“Report”un Qərb bürosunun məlumatına görə, 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub.

İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli komandanın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.

Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə İspaniya komandası qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir