İspaniya ilə oyundan əvvəl Türkiyə millisinin heyətində dəyişiklik olub

Baş səhifə
İspaniya ilə oyundan əvvəl Türkiyə millisinin heyətində dəyişiklik olub

DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya yığması ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik olub.

“Report” yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlu zədə səbəbindən heyətdən çıxarılıb.

Cəzalı durumda olan İsmail Yüksek isə düşərgədən ayrılıb. Əvəzində “Qalatasaray” klubundan Ahmed Kutucu heyətə daxil edilib.

Qeyd edək ki, İspaniya – Türkiyə matçı noyabrın 18-də, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir