Bakının bu ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı
dayandırılacaq.

Trend bu barədə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat
Birliyinə istinadən xəbər verir.


<!—->
<!––>

Qeyd olunub ki, Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz
xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud
şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar bu gün, saat 10:00-dan
etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə
Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin,
Binəqədi rayonu üzrə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül
küçələrinin, DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin,
Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Ə.Xaqani,
M.Hüseynzadə, M.S.Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və
İ.Kərimov küçələrinin, Sabunçu rayonu üzrə isə “7 Gözəl” və “Göy
Qurşağı” MTK-ların, H.Əliyev və Ə.Əliyev küçələrinin qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir