Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
“Report”un məlumatına görə, idmançı finalda İran təmsilçisi Mohammadhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) qızıl, Elnura Mammadova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
