İslamiadanın qalibi olan Azərbaycan güləşçisi: “Finalda qələbə qazanamaq çox sevindiricidir”

Baş səhifə
İslamiadanın qalibi olan Azərbaycan güləşçisi: Finalda qələbə qazanamaq çox sevindiricidir

Finalda qalib gəlmək çox sevindiricidir.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın güləşçisi Jalə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa ciddi hazırlaşdığını bildirib:

“Finalda qalib gəlmək çox sevindiricidir. Yarışa çox ciddi hazırlaşmışdım. Mənə dəstək olan azarkeşlərə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Çempionluğumda əməyi olan məşqçilərimə də minnətdarlığımı çatdırıram. Bu il 2 dəfə ağır zədə almışıdm. Ona görə tam istədiyim kimi çıxış edə bilmirdim. Bununla belə, sonda qalib gələn tərəf oldum. Final görüşüm çox çətin keçdi”.

Qeyd edək ki, Jalə Əliyeva həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir