Azərbaycan və Latviya yaxın vaxtlarda ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq altı sənəd imzalamağı planlaşdırır.
“Report”un məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviya Respublikasının elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu günə qədər iki ölkə arasında hüquqi baza çərçivəsində 47 sənəd imzalanıb:
“Hazırda altı sənəd layihəsi müzakirə mərhələsindədir. Bu sənədlərin yaxın gələcəkdə imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə nazir vurğulayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
