Bakıda yaşayış binasında yanğın: ölənlər var

Baş səhifə
Bakı yanğın

Şəklin mənbəyi, Azərtac

15 dəqiqə əvvəl

Bakının Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində 3 nəfər həyatını itirib. TƏBİB-in məlumatına görə, 20 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Yanğının çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın tam söndürülüb, mənzillər yanğından mühafizə olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində əmələ gələn tüstüdən üç nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

Hadisə ilə bağlı Baş Prokurorluq cinayət işi qaldırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir