
Bakı. Trend:
ABŞ administrasiyasının rəsmiləri Ukrayna rəsmiləri ilə Ukrayna
prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə səfər etmə
ehtimalını müzakirə edirlər.
Trend-in
məlumatına görə, bu barədə “CBS News” öz mənbələrinə istinadən
bildirib.
<!—->
<!––>
Məlumata əsasən, Zelenskinin ABŞ-yə yeni səfəri ABŞ prezidenti
Donald Trampın bu il 27 noyabrda qeyd olunan Şükranlıq günündən
əvvəl Ukraynadakı böhranın həlli üçün razılığa gəlmək səyləri
çərçivəsində baş tuta bilər.
Eyni zamanda, kanalın mənbələri yeni səfərin mümkünlüyünün ABŞ
və Ukrayna arasında Cenevrədə aparılan danışıqların nəticəsindən
asılı olacağını vurğulayıblar.
