
Bakı.Trend:
Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində
aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat
10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması
planlaşdırılır.
Trend xəbər verir
ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, təmir-bərpa işləri aparılan zamanı Bilgəh
qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal
qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin
Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
