Türkiyədə yanacaqdaşıyan maşınla avtobus toqquşub, 14 nəfər yaralanıb

Baş səhifə
Türkiyədə yanacaqdaşıyan maşınla avtobus toqquşub, 14 nəfər yaralanıb

Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələri daşıyan avtobus toqquşub.

Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir