Polşa Ukraynadakı vəziyyətdən asılı olmayaraq silahlanmağa davam edəcək

Baş səhifə
Polşa Ukraynadakı vəziyyətdən asılı olmayaraq silahlanmağa davam edəcək

Polşa Ukraynadakı vəziyyətin inkişafından asılı olmayaraq silahlanmanı davam etdirmək niyyətindədir.

“Report”un məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.

Son vaxtlar Polşa əsasən ABŞ və Cənubi Koreyadan böyük partiya silah və hərbi texnika alır. Gözlənilir ki, ölkənin 2025-ci il hərbi büdcəsi tarixdə rekord göstəriciyə çataraq 46 milyard dollardan (ÜDM-in 4,7 faizi) çox olacaq.

“Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı danışıqlardan gələn müsbət siqnallar Polşanın ordunun modernləşdirilməsi üzrə səylərinin məhdudlaşdırılmasına səbəb ola bilməz. Biz hər halda silahlanmalıyıq”, – deyə Kosinyak-Kamış jurnalistlərə bildirib.

Müdafiə naziri Polşanın müdafiəsinin gücləndirilməsinin vacibliyini xatırladacağını, kiminsə təhlükəsizlik büdcəsini azaltmaq fikrinə düşməməsi üçün bunu daim vurğulayacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir