Qurban Qurbanov: “Futbolçularımız “Napoli”yə qarşı cəsarətli oyun göstərdilər”

Baş səhifə
Qurban Qurbanov: Futbolçularımız Napoliyə qarşı cəsarətli oyun göstərdilər

“Qarabağ” futbolçuları “Napoli” (İtaliya) ilə matçda cəsarətli oyun göstəriblər.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Napoli”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis səfər matçındakı məğlubiyyəti şərh edib:

“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər”.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir