Bu məktəbin direktoru işdən çıxarıldı

Baş səhifə

Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb.

Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir