Türkiyə Qəzzada sülhün təminatı üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Baş səhifə

Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bugünkü iclasında Qəzzada son vəziyyət müzakirə olunub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, iclasdan sonra paylaşılan yazılı açıqlamada Türkiyənin atəşkəsin təmin edilməsində olduğu kimi, bundan sonrakı mərhələdə də Qəzzada sülh və sabitliyin təminatçısı olacaq mexanizmlərdə üzərinə məsuliyyət götürməyə və Qəzzanın dirçəlməsi istiqamətindəki səylərə töhfə verməyə hazır olduğu bildirilib.

Açıqlamada, həmçinin Türkiyənin də iştirakı ilə Qəzzada əldə olunan atəşkəsin regiondakı soyqırımın dayandırılması üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.

“İsrail administrasiyası dərhal hücumlarını dayandırmalı və öhdəliklərini yerinə yetirməlidir”, – bəyanatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir