
Bakı. Trend:
Yaponiyalı Toşiyuki Onuma Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(ICAO) Şurasının prezidenti seçilib.
Trend-in
məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti xəbər
verib.
<!—->
<!––>
T.Onuma üç illik müddətə, yenilənə bilən müddətə ICAO-nun
idarəetmə orqanının rəhbəri seçilib. O, son altı ildə ICAO
Şurasının prezidenti vəzifəsində çalışmış Salvatore Şakkitanonun
yerinə 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, T.Onuma bu ilin yanvar ayında Yaponiyanın
ICAO-dakı daimi nümayəndəsi təyin edilib. ICAO-nun baş katibi
kolumbiyalı Xuan Karlos Salazardır.
