Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
“Report”un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.
Skopyedə keçirilən qarşılaşma rəqibin 87:49 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
