
Avropa İttifaqı Yeni il tətilinə qədər Rusiyaya qarşı 20-ci sanksiyalar paketində heç bir irəliləyiş gözləmir.
APA xəbər verir ki, bu barədə Politico mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda bu məsələ Aİ üçün prioritet sayılmır.
“Hazırda bu, prioritet deyil”, — deyə Avropa hökumətlərindən birinin rəsmisi bildirib.
Başqa bir diplomat isə qeyd edib ki, yeni təkliflərin hazırlanmasına cavabdeh olan komissiyanın “təxminən yanvar ayında” ideyalar irəli sürməyə başlaması gözlənilir.
