
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin ictimai
“bulud” xidməti “AZINCLOUD” istifadəçilərə məlumatlarını ölkə
daxilində saxlamaq imkanı yaradır.
Əsasən, fiziki şəxslər, kiçik və orta bizneslər, fərdi
sahibkarlar və startaplar üçün nəzərdə tutulan “AZINCLOUD”da onlayn
qeydiyyatdan keçərək qısa müddətdə öz “bulud” infrastrukturunu
yaratmaq mümkündür. Xidmət çərçivəsində məlumatlar və informasiya
sistemləri daha az xərclə və sürətli şəkildə idarə oluna bilir.
Platformada istənilən vaxt, istənilən yerdən məlumatlara çıxış
imkanı mövcuddur.
<!—->
<!––>
Qlobal “bulud” provayderləri ilə müqayisədə “AZINCLOUD”u
seçməyin üstünlükləri aşağıdakılardır:
- Məlumatlar xarici serverlərdə deyil, ölkə daxilində
saxlanılır; - “AZINCLOUD”da hüquqi əsaslar yerli qanunvericiliyə uyğun
tənzimlənir; - Azərbaycan dilində olan platforma sadə interfeysə
malikdir; - Vətəndaşlara rahat istifadə imkanı yaradır;
- Tətbiq olunmuş qiymətlər yerli bazara uyğunlaşdırılıb;
- Yerli valyuta ilə ödəniş nəticəsində əlavə komissiyalardan azad
olunma; - 24/7 müştəri dəstəyi xidməti mövcuddur.
“AZINCLOUD” yerli bazarın tələblərinə uyğun, təhlükəsiz, sərfəli
və rahat “bulud” həlli təqdim etməklə, ölkədə rəqəmsal
transformasiyanın sürətlənməsinə və istifadəçilərin müasir
texnologiyalardan səmərəli faydalanmasına şərait yaradır.
Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas
səhifəsində “Giriş”
bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun
xidmətləri seçə bilərlər.
