Qazaxıstan TDT ölkələrini KİV-də birgə məzmun istehsalını artırmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr birgə məzmun
istehsalını artırmalıdırlar.

Trend xəbər verir
ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirinin müavini
Kanat İskakov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin media və
informasiya sahəsinə cavabdeh nazirləri və yüksək vəzifəli
rəsmilərinin 7-ci iclasında deyib.

“Bizim ortaq məzmun – bədii seriallar, sənədli layihələr,
turizm, mədəniyyət və ölkələrimizin investisiya imkanları haqqında
proqramların istehsalını genişləndirməyimizi vacibdir. Bu
istiqamətdə böyük potensialımız var, lakin hələlik bu işə lazımi
dinamikanı verə bilməmişik”, – deyə o bildirib.


<!—->
<!––>

İskakov TDT-yə üzv ölkələrin televiziya məhsullarına çıxışın
genişləndirilməsinin, milli telekanalların qarşılıqlı şəkildə ən
geniş auditoriyada yayımının təmin edilməsinin zəruriliyini xüsusi
vurğulayıb. Onun sözlərinə görə, kontent mübadiləsi və
telekanalların bir-birinin efirində iştirak etməsi olmadan
əməkdaşlıq yetərincə səmərəli ola bilməz.

O əlavə edib ki, türkdilli uşaqlar üçün yüksək keyfiyyətli
kontentin hazırlanmasına yönəlmiş birgə layihələrin həyata
keçirilməsi vacibdir. Bu, yeni nəslin mədəni inkişafına mühüm töhfə
verəcək.

“Cizgi filmləri olmadan, uşaqların prosesə cəlb olunması olmadan
xalqlarımız bir-birini daha yaxından tanıya bilməz. Uşaq məzmunun
yaradılması fəaliyyətimizin prioritet istiqamətlərindən biri
olmalıdır”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir