Ukrayna Prezidenti Ofisinin rəhbəri evində axtarış aparıldığını təsdiqləyib – YENİLƏNİB

Baş səhifə
Ukrayna Prezidenti Ofisinin rəhbəri evində axtarış aparıldığını təsdiqləyib - YENİLƏNİB

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak evində axtarış aparıldığını təsdiqləyib.

“Report” xəbər verir ki, o, bu barədə “Telegram” kanalında bildirib.

“Bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu mənim evimdə prosessual hərəkətlər icra edir. Müstəntiqlər üçün heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş imkanı verilib. Ərazidə olan vəkillərim hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədədir. Mən istintaqla tam əməkdaşlıq edirəm”, – o qeyd edib.

10:32

Bu gün səhər saatlarında hökumət məhəlləsində Ukrayna Prezidentinin Ofis rəhbəri Andrey Yermakın otağında axtarışlar aparılır.

“Report” xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Ali Rada deputatı Yaroslav Jeleznyak da öz teleqram kanalında axtarışın aparıldığını bildirib. O qeyd edib ki, axtarışı Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir