Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb – YENİLƏNİB

Baş səhifə
Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb - YENİLƏNİB

Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülüb.

12:22

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir