Ağdərə və Xocalının bəzi kəndlərinin elektrik təchizatı yenidən qurulacaq

Baş səhifə
Ağdərə və Xocalının bəzi kəndlərinin elektrik təchizatı yenidən qurulacaq

“Azərişıq” ASC Ağdərə və Xocalı rayonlarının bəzi yaşayış məntəqələrinin daxili və xarici elektrik təchizatının tam yenidən qurulmasına başlayır.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, yenidənquma işləri Ağdərənin Aşağı Oratağ, Çapar və Dəmirli, Xocalının isə Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndlərində həyata keçiriləcək. Bu işlərə təxminən 11 milyon manat xərclənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir