Qarabağ və Şərqi Zəngəzurda yeni yaradılan iş yerlərinin sayı artıb (CƏDVƏL)

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 9 ayında Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında 2 560 yeni iş yeri açılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 723 vahid və ya 39,3% çoxdur.

Məlumata görə, hesabat dövründə Qarabağda 1 855 (58,4% çox),
Şərqi Zəngəzurda isə 705 (5,9% çox) yeni iş yerləri yaradılıb.


<!—->
<!––>

Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox
iş yeri Xankəndinin (516), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə
Laçın rayonunun (312) payına düşüb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 2025-ci ilin
yanvar-sentyabr ayları ərzində yeni yaradılan iş yerlərinə dair
göstəriciləri təqdim edirik:

Qarabağ iqtisadi rayonu

1855

Xankəndi şəhəri

516

Ağcabədi rayonu

79

Ağdam rayonu

143

Ağdərə rayonu

32

Bərdə rayonu

281

Füzuli rayonu

135

Xocalı rayonu

80

Xocavənd rayonu

43

Şuşa rayonu

46

Tərtər rayonu

500

Şərqi Zəngəzur iqtisadi rayonu

705

Cəbrayıl rayonu

133

Kəlbəcər rayonu

172

Qubadlı rayonu

45

Laçın rayonu

312

Zəngilan rayonu

43

Ümumilikdə, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni
iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi
qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 75,9
faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının,
23,3 faizi digər regionların, o cümlədən 7,2 faizi Abşeron-Xızı,
2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi Şəki-Zaqatala, 2,4 faizi Qarabağ,
1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şirvan-Salyan, 1,2 faizi
Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran,
0,8 faizi Qazax-Tovuz, 0,6 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq
Şirvan iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş
yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda,
89,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini
bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər
tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 8,2 min
iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 47,4 faizi
qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 27,3 faizi
müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 72,7
faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan
ixtisarlar ilə əlaqədar bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir