Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edilib

Baş səhifə

Fransanın “France Televisions” dövlət tele-radio şirkətinin əməkdaşları binada bomba qoyulduğu barədə məlumatdan sonra təcili şəkildə təxliyə olunub.

APA xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

Hadisə yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. Şirkətin telekanal və radio stansiyalarının yayımı dayandırılıb.

Telekanalın efirində həyəcan siqnalı səslənib və aparıcı “Biz yayımı dayandırmağa məcburuq” deyə tamaşaçılara müraciət edib.

Hadisə ilə bağlı polis və kinoloqlar əraziyə cəlb olunub.

Xatırladaq ki, Bir neçə gün əvvəl oxşar insident BFMTV telekanalında yaşanmış, lakin həmin zaman binada heç bir partlayıcı qurğu aşkar edilməmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir