İran XİN: Venesuelanın hava məkanının bağlanması ABŞ-nin özbaşınalığıdır

Baş səhifə
İran XİN: Venesuelanın hava məkanının bağlanması ABŞ-nin özbaşınalığıdır

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Venesuela hava məkanının bağlanması ilə bağlı fikirlərini pisləyib.

“Report”un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi teleqram kanalında bildirilib.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-nin Venesuelanın milli suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatçı, qanunsuz hərəkətlərinin davamı olan bu hərəkətlərini özbaşınalıq və beynəlxalq aviasiya təhlükəsizliyinə misli görünməmiş təhdid adlandırıb”, – İran Xarici İşlər Nazirliyi qeyd edib.

Həmçinin qeyd olunur ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bunu beynəlxalq hava nəqliyyatı qaydaları da daxil olmaqla beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir