Rıza Kayaalp 11 qat Avropa çempionu olub

İdman

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp karyerasında 11-ci dəfə Avropa çempionu olub.

Oxu.Az-ın məlumatına görə, 33 yaşlı pəhləvan bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirilən nüfuzlu yarışda qızıl medal qazanıb.

130 kq çəki dərəcəsində yer alan Kayaalp finalda İtaliya təmsilçisi Danila Sotnikova qalib gəlib – 4:0.

Bu çəkidə Azərbaycanı təmsil edən Beka Kandelaki bürünc medal görüşündə macarıstanlı Dariuş Attila Vitekə uduzaraq, 5-ci yeri tutub.

Qeyd edək ki, Rıza Kayaalp 4 qat dünya çempionu və 3 qat olimpiya mükafatçısıdır. O, qızıl medallardan 2-ni Bakıda – 2010-cu il Avropa çempionatında və 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında əldə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir