Polşa ABŞ-dən 32 “Abrams” tankından ibarət yeni partiyasını alıb

Baş səhifə
Polşa ABŞ-dən daha 32 Abrams tankını alıb

Polşa ABŞ-dən 32 ədəd “M1A2 Abrams” tankının növbəti partiyasını alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Pavel Beyda “X” sosial şəbəkəsində yazıb.

“Ən müasir “Abrams” tanklarının dördüncü tədarükü. Hazırda Polşa limanlarından birində 32 ədəd M1A2 tankı boşaldılır”, – P.Beyda yazıb.

Polşa 2022-ci ildə ABŞ ilə 250 ədəd modernləşdirilmiş “M1A2 Abrams” tankının 2025-2026-cı illərdə tədarükü barədə müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir