
Bakı. Trend:
Yer kürəsində hazırda peyklərin, internetin və elektrik
şəbəkələrinin işində nasazlıqlara səbəb ola biləcək maqnit
qasırğası riski mövcuddur.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda Günəşdə 1859-cu ildə astronom Riçard
Kerrinqton tərəfindən qeydə alınmış iri bir ləkə müşahidə
olunur.
<!—->
<!––>
1859-cu ilin sentyabrında Yer tarixdə qeydə alınmış ən güclü
günəş qasırğalarından biri ilə üzləşmişdi. Şimal işıqları bütün
dünyada, hətta Karib hövzəsi, Bahama və Havay adaları üzərində belə
müşahidə olunmuşdu. Avropa və Şimali Amerikada teleqraf sistemləri
sıradan çıxmış, bir çox stansiyalar yanmışdı.
Mütəxəssislər qeyd ediblər ki, hazırda Günəşdə iki günəş ləkəsi
müşahidə olunub, lakin onlar bir-birinə o qədər yaxındır ki, nəhəng
bir ləkə kimi görünür. Onların yaxın yerləşməsi güclü alışmaların
ehtimalını artırır.
Ehtimallara əsasən, intensivliyinə görə “Kerrington hadisəsi”nə
bərabər ola biləcək maqnit qasırğası zamanı peyklərin, internetin
və elektrik şəbəkələrinin işində nasazlıqlar yarana bilər.
